Ucarda özünü yandıran 57 yaşlı əlil ölüb

Ucarda özünü yandıran 57 yaşlı əlil ölüb
# 05 sentyabr 2022 10:29 (UTC +04:00)

Ucarda dünən özünü yandıran kişi ölüb.

Bu barədə APA-ya Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Ucar rayonunun Alpout kənd sakini, II qrup əlil, 1965-ci il təvəllüdlü Nazir Həsənov sentyabrın 4-də yaşadığı evin həyətindəki tövlədə üzərinə benzin tökərək özünü yandırması nəticəsində aldığı xəsarətlərdən sentyabrın 5-də səhər saatlarında Bakıdakı 5 saylı Şəhər Kliniki Xəstəxanasının yanıq şöbəsində ölüb.

Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR