Ucarda yol qəzası zamanı velosipedçi ölüb - FOTO

Ucarda yol qəzası zamanı velosipedçi ölüb  - FOTO
# 16 iyun 2022 23:06 (UTC +04:00)

Ucarda avtomobil velosipedçini vuraraq öldürüb.

APA -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Ucar rayonunun Məlikballı kəndi yolunda baş verib.

Rayon sakini, 64 yaşlı Çingiz Həmzə oğlu Niftəliyev idarə etdiyi “VAZ-2106” markalı minik maşını ilə velosipedlə hərəkətdə olan rayonun Məlikballı kənd sakini, 2004-cü il təvəllüdlü Nuru Qüdrət oğlu Əhmədovu vurub.

Ağır xəsarət alan N. Əhmədov hadisə yerində ölüb.

Məlumata görə, ölən velosipedçi 18 yaşını tamam edib həqiqi hərbi xidmətə gedəcəkmiş.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR