Ucarda yol qəzasında 3 nəfər xəsarət alıb - VİDEO

Ucarda yol qəzasında 3 nəfər xəsarət alıb - VİDEO
# 03 iyul 2022 20:15 (UTC +04:00)

Ucarda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Bakı-Qazax magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan qoşqulu traktor ilə “Opel” markalı minik maşınını toqquşub. Hadisə nəticəsində Bakı şəhər sakinləri - 1972-ci il təvəllüdlü Ofeliya Səlim qızı Məmmədli, 1980-cı il təvəllüdlü Vüsalə Taleh qızı Bayramova və 2006-cı il təvəllüdlü Ləman Faiq qızı Bayramova müxtəlif xəsarətlərlə Ucar rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR