Ucardakı qəzada 2 nəfər xəsarət alıb - VİDEO

 Ucardakı qəzada 2 nəfər xəsarət alıb - VİDEO
# 14 yanvar 2022 22:58 (UTC +04:00)

Ucarda heyvan tələfatı və insan xəsarəti ilə nəticələnən yol qəzası baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Ucar-Zərdab yolunun Ucar rayonunun Xalac kəndindən keçən hissəsində baş verib.

Neftçala rayon sakini, 1987-ci il təvəllüdlü Elman Tahir oğlu Heybətov idarə etdiyi "VAZ-2107" markalı minik maşını ilə hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurub. Hadisə zamanı heyvan tələf olub. Sürücü E. Heybətov və sərnişini, Ağcabədi rayon sakini, 1996-cı il təvəllüdlü İzzət Telman oğlu İbrahimov aldığı müxtəlif xəsarətlərlə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR