Ucardakı qəzada yerə dağılan yük Bakı istiqamətində yolun bağlanmasına səbəb olub - FOTO

Ucardakı qəzada yerə dağılan yük Bakı istiqamətində yolun bağlanmasına səbəb olub - FOTO
# 17 iyul 2022 01:33 (UTC +04:00)

Ucarda üç avtomobilin iştirakı ilə qəza baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə gecə saatlarında Bakı- Qazax əsas magistral yolunun Ucar rayonun Alpout kəndindən keçən hissəsində baş verib.
Baş verən qəza yolun bağlanmasına səbəb olub.

Bakı istiqamətində hərəkətdə olan çınqıl daşı ilə dolu iki “KamAZ” və ot bağlaması ilə yüklü qoşqulu traktor toqquşub.

Qəza zamanı “KamAZ”lardan biri yolun hərəkət hissəsinə aşıb.

Nəticədə Bakı istiqamətində əsas magistral yol təxminən 20 dəqiqəyə yaxın bağlı qalıb.

Müvafiq qurumların səyi nəticəsində artıq nəqliyyat vasitələrinin sərbəst hərəkəti təmin olunub.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR