Ukraynada qətl törədən azərbaycanlı idmançının məhkəməsi başlayıb - FOTO

Yasin Məmmədov

© APA | Yasin Məmmədov

# 21 iyul 2022 14:39 (UTC +04:00)

Ukraynada qətl törətməkdə təqsirləndirilərək Bakıda saxlanılan idman ustası Yasin Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı avqustun 4-nə təyin olunub.

İttihama görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən uğurlu əməliyyat nəticəsində 2018-ci ilin iyulun 3-də Ukrayna Respublikası Kiyev yerləşən şəhərində restoranlardan birində Azərbaycan vətəndaşı Davud Ağayevi “Makarov” markalı tapançadan açılan atəşlə qətlə yetirməkdə şübhəli bilinən şəxs Bakı şəhərində Ukrayna Cinayət Məcəlləsinin 115-ci (qəsdən adam öldürmə) maddəsi ilə beynəlxalq axtarışda olan paytaxt sakini Yasin Həsənov tutulub.

Araşdırma zamanı məlum olub ki, Yasin Həsənovun qətlə yetirdiyi şəxslə əvvəlcədən ədavəti olub.

Belə ki, 2013-cü ildə Davud Ağayev Yasin Həsənova Kiyev şəhərində odlu silahdan atəş açaraq onu yaraladığından sonuncu intiqam almaq məqsədi ilə bir neçə il sonra qeyd edilən hadisəni törədib.

Yasin Həsənov əvvəllər Azərbaycanın cüdo, sambo və pankration döyüşləri üzrə yığma komandalarının üzvü olub. O, dəfələrlə Azərbaycan çempionu olmaqla yanaşı, 2009-cu ildə cüdo üzrə Dünya Kubokunun, sambo üzrə Avropa çempionatının bürünc mükafatçısı olub.

İstintaq orqanı tərəfindən Yasin Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR