Vaqon təmiri zavodunun gözətçisinə xəsarət yetirilib, pulu oğurlanıb

Vaqon təmiri zavodunun gözətçisinə xəsarət yetirilib, pulu oğurlanıb
# 26 yanvar 2022 10:02 (UTC +04:00)

Bakıda vaqon təmiri zavodunun gözətçisinə xəsarət yetirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsinə yanvarın 17-də saat 22 radələrində Biləcəri qəsəbəsi ərazisində bir nəfərin Bakı vaqon təmiri zavodunun gözətçisi H.Ağayevin baş nahiyəsinə daş parçası ilə xəsarət yetirərək cibindən 540 manat pulunu götürməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də soyğunçuluq və quldurluğa görə məhkum olunmuş S.Xudaverdiyev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR