Vasif Talıbovun prokuror qardaşı vəzifəsindən azad edilib - VİDEO

Vasif Talıbov

© APA | Vasif Talıbov

# 29 dekabr 2022 17:39 (UTC +04:00)

Naxçıvan Muxtar Respublikası prokurorunun müavini Məhərrəm Talıbov vəzifəsindən azad olunub.

APA-nın xəbərinə görə, Məhərrəm Talıbov ərizə ilə işdən azad olunmasını istəyib.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya bildirilib ki, Naxçıvan MR prokurorunun müavini Məhərrəm Talıbovun öz ərizəsi ilə prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilib.

Qeyd olunub ki, hələlik onun yerinə təyinat yoxdur.

M.Talıbov Naxçıvan MR Ali Məclisinin sabiq sədri Vasif Talıbovun qardaşıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR