Vətəndaşı şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyən baxıcı tutulub

Vətəndaşı şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyən baxıcı tutulub
# 18 yanvar 2022 10:37 (UTC +04:00)

Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini olan bir qadın 2021-ci il sentyabrın 19-da bir nəfərin (baxıcı) onu aldadıb hesabına 1700 manat pul ödətdirməsini, sonradan pulunu geri istədikdə ailə şəkillərini sosial şəbəkədə yayacağı ilə hədələyib puldan imtina etməyi tələb etməsini bildirib.

DİN-dən APA-ya verilən məlumata görə, faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən paytaxt sakini L.Məmmədova müəyyən edilərək saxlanılıb.

Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR