Vətəndaşlardan 6 ov tüfəngi götürülüb

Vətəndaşlardan 6 ov tüfəngi götürülüb
# 14 yanvar 2022 09:26 (UTC +04:00)

Qanunsuz saxlanılan silah-sursatla bağlı əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis əməkdaşlarının əldə edilən məlumatlar əsasında keçiridikləri əməliyyat tədbirləri nəticəsində yanvarın 13-də respublikanın ayrı-ayrı rayonlarında vətəndaşlardan qanunsuz saxladıqları müxtəlif markalı ümumilikdə 6 ədəd ov tüfəngi götürülüb.
Aparılan profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan 2 silah könüllü olaraq polisə təhvil verilib.
Faktlar üzrə polis şöbələrində müvafiq araşdırmalar aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR