Vilayət Eyvazov: “Ötən illə müqayisədə cinayətlərin sayı azalıb”

Vilayət Eyvazov: “Ötən illə müqayisədə cinayətlərin sayı azalıb”
# 16 sentyabr 2019 18:20 (UTC +04:00)

Azərbaycanda törədilən cinayətlərin sayı azalıb.

APA-nın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov nazirlikdə keçirilən kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, cari ilin 8 ayında asayişin və ictimai təhlükəsizliyin təmini ilə bağlı qarşıya qoyulmuş vəzifələrin bütövlükdə layiqincə yerinə yetirilib, cinayətkarlıqla mübarizədə, insan hüquq və azadlıqlarının qorunmasında əldə olunmuş müsbət nəticələrin hesabat dövründə də qorunub saxlanılıb. O, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə qəsdən adam öldürmələrin 13,8, adam öldürməyə cəhdlərin 18,5, qəsdən sağlamlığa ağır zərərvurmaların 1,8, odlu silahın tətbiqi ilə törədilən cinayətlərin 7,5, mülkiyyət əleyhinə olan cinayətlərin 12,2, o cümlədən quldurluqların 7, hədə-qorxu ilə tələb etmələrin 19, dələduzluqların 27 faiz azaldığını, habelə cinayətlərin açılmasının yüksək olduğunu qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR