Vilayət Eyvazov Sabirabadda vətəndaşları qəbul edəcək

Vilayət Eyvazov Sabirabadda vətəndaşları qəbul edəcək
# 29 mart 2023 17:30 (UTC +04:00)

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən cari il aprelin 19-da Sabirabad Rayon Polis Şöbəsinin inzibati binasında İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 18.04.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR