Vilyam Hacıyevin 5,3 mln. manatlıq əmlakı müsadirə olunacaq, evindən çıxan pullar dövlətə ödənəcək - SİYAHI

Vilyam Hacıyev

© APA | Vilyam Hacıyev

# 25 iyul 2022 12:24 (UTC +04:00)

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin üzərinə həbs qoyulan 5 milyon 344 min manatlıq əmlakı müsadirə ediləcək.

APA xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində onunla bağlı elan olunan hökmdə qeyd olunub.

Həmin əmlaklar aşağıdakılardır:

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində yerləşən fərdi ev (orta bazar dəyəri - 1 852 000 manat)

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsində yerləşən mənzil (orta bazar dəyəri - 275 000 manat)

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhərində yerləşən mənzil (orta bazar dəyəri 67 000 manat)

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 86 000 manat)

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 74 000 manat)

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Xırdalan şəhəri, 28-ci məhəllədə yerləşən mənzil (orta bazar dəyəri 65 000 manat)

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi Nardaran-Ləhiş yolunun 300 metrliyində yerləşən ev (orta bazar dəyəri 2 626 000 manat)

- İbrahimova Cülyetta Paşa qızının adına rəsmiləşdirilmiş "BMW X5" markalı, "90-CM-200" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 22 000 manat)

- Hacıyev Məhəmməd Vilyam oğlunun adına rəsmiləşdirilmiş "Land Rover" markalı, "90-KH-900" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 126 000 manat)

- İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "BMW 740-İ" markalı, "10-AZ-369" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 33 000 manat)

- İbrahimova Cülyetta Paşa qızının təsisçisi olan "Xəzər-222" MMC-yə sənədləşdirilmiş "Bentley Continental GT" markalı, "10-PR-777" dövlət qeydiyyat nömrəli minik avtomobili (orta bazar dəyəri 118 000 manat)

Bildirilib ki, həbs olunan əmlaklar zərərçəkmişlərə, qalan məbləğ isə dövlət nəfinə ödənməlidir.

Bildirilib ki, Hacıyevə məxsus mənzilə və xidməti otağına baxış zamanı aşkar olunaraq götürülən 23.06.2021-ci il tarixinə olan Mərkəzi Bankın məzənnəsinə əsasən, 6 298 834 manat ekvivalentində 2 504 057 ABŞ dolları və 1 006 470 avro, 365 ingilis funt sterlinq, 60 İsveçrə frankı, 455 türk lirəsi, 1 970 BƏƏ dirhəmi, 19 350 Rusiya rublu şəklində xarici valyutalar və 55 550 manat olmaqla cəmi 6 354 384 manat məbləğində nağd pul vəsaiti dövlət nəfinə ödəniləcək.

Qeyd edək ki, Vilyam Hacıyev bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətə azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR