Vilyam Hacıyevin məhkəməsinə gəlməyən şahidlərin ifadələri elan olunub

Vilyam Hacıyev

© APA | Vilyam Hacıyev

# 20 may 2022 12:57 (UTC +04:00)

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən iclasda məhkəməyə gəlməkdən yayınan şahidlərin ifadələri elan olunub.
Vilyam Hacıyevin vəkili Elmar Kərimov elan olunmuş ifadələrin sübutlar siyahısından çıxarılmasını istəyib.
Vəkil məcburi gətirilmə qərarının polis orqanları tərəfindən icra olunmamasına da etiraz edib.

Proses mayın 23-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR