Vilyam Hacıyevin məhkəməsinə şahidlər məcburi gətiriləcək

Vilyam Hacıyev

© APA | Vilyam Hacıyev

# 22 aprel 2022 11:40 (UTC +04:00)

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
APA-nın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən posesdə bildirilib ki, dindirilməyən 17 şahid məhkəməyə rəsmi qaydada çağrılsalar da, prosesə gəlməyiblər.

Məhkəmə şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarıb.

Proses aprelin 25-ə qədər təxirə salınıb.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.
Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR