Vyetnama məxsus təyyarə Bakıya təcili eniş edib

Vyetnama məxsus təyyarə Bakıya təcili eniş edib
# 06 oktyabr 2022 23:07 (UTC +04:00)

"Vietnam Airlines" aviaşirkətinin Frankfurt-Xoşimin reysini həyata keçirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib. Buna səbəb sərnişinin səhhətinin qəfil pisləşməsi olub.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən APA-ya bildirilib ki, "Boeing B787" təyyarəsi yerli vaxtı ilə saat 21:11-də Bakı hava limanına uğurla eniş edib.

Təyyarə eniş etdikdən sonra sərnişin təcili tibbi yardım briqadasına təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR