Xaçmaz-Xudat yolunda qəza olub, 5 nəfər xəsarət alıb

Xaçmaz-Xudat yolunda qəza olub, 5 nəfər xəsarət alıb
# 05 noyabr 2022 23:53 (UTC +04:00)

Xaçmaz rayonu Hacı Zeynalabdin Tağıyev küçəsində “VAZ-2107” və “Mercedes” markalı avtomobillər toqquşub.

APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

İlkin məlumata görə, “VAZ-2107” markalı avtomobilin sürücüsü və 4 nəfər sərnişini müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar polis əməkdaşlarının köməkliyi ilə dərhal xəstəxanaya çatdırılıb.

Polis əməkdaşları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR