Xaçmazda 20 kq narkotik vasitə dövriyyədən çıxarılıb

Xaçmazda 20 kq narkotik vasitə  dövriyyədən çıxarılıb
# 09 avqust 2022 09:18 (UTC +04:00)

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, Samir Allahquliyevin üzərinə və yaşadığı evə baxış keçirilən zaman oradan 20 kiloqramdan artıq marixuana və 20 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.Allahquliyevin barəsində həbs qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR