Xaçmazda 49 yaşlı qadın dəm qazından boğulub

Xaçmazda 49 yaşlı qadın dəm qazından boğulub
# 02 noyabr 2022 19:55 (UTC +04:00)

Xaçmazda bədbəxt hadisə baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yergüc kəndində qeydə alınıb. Kənd sakini 1973-cü il təvəllüdlü Validə Dadaşova dəm qazından boğularaq dünyasını dəyişib. Meyit tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR