Xaçmazda 51 yaşlı qadın su kanalında batıb - VİDEO

Xaçmazda 51 yaşlı qadın su kanalında batıb - VİDEO
# 04 yanvar 2022 12:55 (UTC +04:00)

Xaçmazda 51 yaşlı qadın su kanalında batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumatına görə, "112" qaynar telefon xəttinə Samur-Abşeron su kanalının Xaçmaz rayonu, Arzu qəsəbəsi ərazisindən keçən hissəsində 1971-ci il təvəllüdlü Rüstəmova Səlminaz Şahbaba qızının batması barədə məlumat daxil olub.

FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR