Xaçmazda anasını balta ilə qətlə yetirən şəxs axtarılır - FOTO - VİDEO

Ramiz Sultanov

© APA | Ramiz Sultanov

# 19 yanvar 2022 12:59 (UTC +04:00)

Xaçmazda 6 gün əvvəl anasını balta ilə qətlə yetirən şəxs axtarılır.

DİN-dən APA-ya verilən məlumata görə, yanvarın 13-də anasını qətlə yetirərək hadisə yerini tərk edən Xaçmaz rayonu Əzizli kənd sakini Ramiz Sultanovun saxlanılması üçün polis əməkdaşları tərəfindən intensiv əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd olunub ki, R.Sultanov ruhi xəstədir. Həmin şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin (055) 722-27-99 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Məlumat verən şəxsin anonimliyi təmin olunacaq.

Xatırladaq ki, yanvarın 13-də Xaçmazın Əzizli kəndində kənd sakini, 1956-cı il təvəllüdlü Sənəm Sultanovaya oğlu tərəfindən balta ilə müxtəlif bədən xəsarətləri yetirilib. Qadın Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. S.Sultanova bir gün sonra xəstəxanada dünyasını dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR