Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb

Xaçmazda avtomobil piyadanı vuraraq öldürüb
# 21 aprel 2022 19:46 (UTC +04:00)

Xaçmaz rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Xudat şəhəri ərazisində Arzu kənd sakini E.Axverdiyev idarə etdiyi “İsuzu" markalı avtomobillə yolu keçən şəhər sakini Dilşad Əhmədovanı vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində ölub. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR