Xaçmazda bal arısı yeşikləri oğurlayan şəxs tutulub

Saxlanılan şəxs

© APA | Saxlanılan şəxs

# 13 iyul 2022 11:13 (UTC +04:00)

Xaçmazda oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Nadir Şeydayev saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif mağazalardan və evlərdən oğurluq etməklə ümumilikdə zərərçəkmişlərə 2029 manat (ümumi dəyəri 1200 manatdan çox olan bal arısı yeşikləri, 650 manat dəyərində fındıq və 179 manat dəyərində kərə yağı) zərər vurduğu müəyyən edilib.
Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR