Xaçmazda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb - YENİLƏNİB-1

Xaçmazda dənizdə batan 18 yaşlı oğlanın meyiti tapılıb  - YENİLƏNİB-1
# 06 iyul 2022 17:19 (UTC +04:00)

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xəzər dənizinin Xaçmaz sahilində dənizdə batan Ağdam rayonunun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü Məstənov Nahid Vüqar oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

***

16.40

Xəzər dənizinin Xaçmaz sahilində dənizdə batan şəxsin kimliyi məlum olub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, dənizdə batan şəxs Ağdam rayonunun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü Məstənov Nahid Vüqar oğludur.

Hadisə Nabran kəndi ərazisində baş verib.

Onun axtarışları davam etdirilir.

***

14.46

Xaçmazda dənizdə bir nəfər batıb.

APA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun İstisu qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Vəli Turan

Səlcuq Elçin

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR