Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xəzər dənizinin Xaçmaz sahilində dənizdə batan Ağdam rayonunun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü Məstənov Nahid Vüqar oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***
16.40
Xəzər dənizinin Xaçmaz sahilində dənizdə batan şəxsin kimliyi məlum olub.
APA-nın şimal bürosunun verdiyi məlumata görə, dənizdə batan şəxs Ağdam rayonunun Quzanlı kənd sakini, 2004-cü il təvəllüdlü Məstənov Nahid Vüqar oğludur.
Hadisə Nabran kəndi ərazisində baş verib.
Onun axtarışları davam etdirilir.
***
14.46
Xaçmazda dənizdə bir nəfər batıb.
APA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə Xaçmaz rayonunun İstisu qəsəbəsində, dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 4 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
Vəli Turan
Səlcuq Elçin