Xaçmazda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb

Xaçmazda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb
# 18 avqust 2019 14:51 (UTC +04:00)

Xaçmazda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi görə, hadisə Gəndob-Yalama yolunun rayonun Qaradağbuduq kəndində qeydə alınıb.

Nurəddin Nifətliyevin idarə etdiyi "Ford" markalı yük maşını ilə İsmayıl Umudovun idarə etdiyi "Vaz" markalı nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Xəsarət alan şəxslər Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR