Xaçmazda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb

Xaçmazda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb
# 05 noyabr 2022 15:08 (UTC +04:00)

Xaçmazda beş nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, "VAZ-2107" markalı avtomobil hərəkətdə olan "Mercedes" markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində Xaçmaz rayon sakinləri 2003-cü il təvəllüdlü Mirbaba Elnur oğlu Hacıyev və 2003-cü il təvəllüdlü Ramil Qərib oğlu Abdullayev, eləcə də Şabran rayon sakinləri 2005-ci il təvəllüdlü Emin Muxtar oğlu Şabətdinov, 2004-cü il təvəllüdlü Nihad Cavid oglu Əlimirzəyev və 2003-cü il təvəllüdlü Səbuhi İsgəndər oğlu İsgəndərov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR