SN: Xaçmazda yol qəzasında xəsarət alan 5 nəfərin vəziyyəti orta-ağırdır - YENİLƏNİB

SN: Xaçmazda yol qəzasında xəsarət alan 5 nəfərin vəziyyəti orta-ağırdır - YENİLƏNİB
# 11 sentyabr 2019 15:59 (UTC +04:00)

Xaçmazda yol qəzası zamanı xəsarət alaraq Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən 5 nəfərin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Bu barədə Səhiyyə Nazirliyindən APA-ya verilən məlumatda bildirilir.

Xəbərə görə, hazırda yaralıların müalicəsi travmatologiya şöbəsində davam edir.

***

13:40

Bu gün günorta saatlarında Xaçmazda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi görə, Gəndob-Yalama yolunun Xaçmaz rayonu Nərəcan kəndi ərazisindən keçən hissəsində Qəhrəman Qasımovun idarə etdiyi “VAZ-21015” markalı avtomobillə “QAZel” markalı yük avtomaşını toqquşub.

Qəzada xəsarət alan Siyəzən rayon sakinləri - 1963-cü il təvvəllüdlü Axundov Tofik Məmmədrza oğlu, 1988-ci il təvvəllüdlü Axundova Raziyyə Beybut qızı, 2014-cü il təvvəllüdlü Axundova Nuray Mahir qızı, 2017-cü il təvvəllüdlü Axundova Nilay Mahir qızı və Xaçmaz rayon Bostançı kənd sakini, 1999-cu il təvəllüdlü Beybutov Allahverdi Beybut oğlu Xaçmaz Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR