Xaçmazda həmyerlisini öldürən şəxsə hökm oxunub

Xaçmazda həmyerlisini öldürən şəxsə hökm oxunub
# 25 iyun 2019 12:20 (UTC +04:00)

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməkdə təqsirləndirilən Nazim Həsənov cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.Hakimlər kollegiyasının hökmünə əsasən Nazim Həsənov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi bul ilin yanvarında Xaçmazda baş verib. Rayon sakini, N.Həsənov gecə saat 1-də həmyerlisi 27 yaşlı Həmidov Tamerlan Tərlan oğlunu kafenin qarşısında bıçaqlayaraq öldürüb.

N. Həsənova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR