Xaçmazda kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır

Xaçmazda kütləvi zəhərlənmə ilə bağlı araşdırma aparılır
# 20 iyul 2022 13:56 (UTC +04:00)

Baş Prokurorluq Xaçmazda kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb.

Qurumun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Xaçmaz rayonu ərazisində yerləşən istirahət mərkəzlərinin birində qida zəhərlənməsi ilə əlaqədar 11 nəfər xəstəxanaya müraciət edib, 6 şəxsə ambulator qaydada tibbi yardım göstərilərək evə buraxılıb, 5 nəfərin isə hazırda stasionar qaydada müalicəsi davam etdirilir.

Vəziyyətləri normal qiymətləndirilir.

Hazırda faktla bağlı Xaçmaz rayon polis şöbəsində araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə istirahət mərkəzindən qida nümunələri götürülərək müvafiq ekspertizalar təyin edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR