Xaçmazda maşın ağaca çırpılıb, sürücü ölüb

Xaçmazda maşın ağaca çırpılıb, sürücü ölüb
# 18 iyul 2022 09:09 (UTC +04:00)

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xudat-Nabran yolunda qeydə alınıb.

Rayonun Gödəkli kənd sakini, 1963-cü il təvəllüdlü Səlimov Həmdulla Həmid oğlu ona məxsus "Seat Leon" markalı avtomobillə idarə etməni itirərək ağaca çırpılıb. Hadisə nəticəsində sürücü ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR