Xaçmazda avtomobilin vurub öldürdüyü piyadanın kimliyi müəyyənləşib - YENİLƏNİB

Xaçmazda avtomobilin vurub öldürdüyü piyadanın kimliyi müəyyənləşib - YENİLƏNİB
  • Clock-gray 09:44
  • calendar-gray 23 Oktyabr 2019

Ötən gün Xaçmazda rayonunda avtomobillə vurularaq ölən şəxsin kimliyi müəyyənləşdirilib.  

APA-nın şimal bürosunun verdiyi məlumata görə, həmin şəxsin Qusarın Cağar kənd sakini, 1965-ci  il təvəllüdlü Gülməmməd Şövkət oğlu Ərzimanov olduğu aydınlaşıb. 

***

00.56

Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.  

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

Hərəkətdə olan nəqliyyat vasitəsi yolu keçmək istəyən piyadanı vurub. Qəza nəticəsində müxtəlif bədən xəsarətləri alan, şəxsiyyəti hələlik müəyyənləşməyən kişi dünyasını dəyişib. Onun meyiti müvafiq tibbi ekspertizadan keçirilməsi üçün Xaçmaz Mərkəzi Rayon Xəstəxanasının morquna gətirilib. 

Faktla bağlı araşdırmalar davam etdirilir.  
 

Vəli Turan

Digər xəbərlər

Arxiv

date