Xaçmazda meşə massivində yanğın başlayıb

Xaçmazda meşə massivində yanğın başlayıb
# 16 avqust 2022 00:42 (UTC +04:00)

Xaçmaz rayonunda yanğın baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə rayonun Mirzəmməd kəndində qeydə alınıb.

Hadisə təxminən 6 hektar ərazidə biçilmiş taxıl sahəsi və meşə təsərrüfatına aid ərazidə baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR