Xaçmazda meşə massivindəki yanğın söndürülüb

Xaçmazda meşə massivindəki yanğın söndürülüb
# 16 avqust 2022 09:14 (UTC +04:00)

Xaçmazda meşə massivindəki yanğın söndürülüb.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi Füzuli Əsədov deyib.

O qeyd edib ki, Xaçmazın dörd kəndində olan yanğın tam söndürülüb:

“Hadisə nəticəsində Xaçmazda 40 hektara yaxın ərazi yanıb. Meşə və açıq ərazilərdə baş verən yanğınların əsas səbəbi insan amilidir. Ehtiyatsızlıq və qəsdən yandırılma ehtimal olunur ki, bu istiqamətdə araşdırma aparılır” - Nazirlik rəsmisi bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR