Xaçmazda motosiklet ağaca çırpılıb, sürücü ölüb

Xaçmazda motosiklet ağaca çırpılıb, sürücü ölüb
# 23 sentyabr 2019 12:45 (UTC +04:00)

Xaçmaz rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Yalama-Səlimoba kəndinin 4-cü km-də qeydə alınıb. Xudat şəhər sakini, 21 yaşlı Samir Muradovun idarə etdiyi motosiklet yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində S. Muradov dünyasını dəyişib.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR