Xaçmazda oğulun atasını qətlə yetirməsi ilə bağlı cinayət işi başlayıb

Baş prokurorluq

© APA | Baş prokurorluq

# 14 may 2022 17:44 (UTC +04:00)

Baş Prokurorluq Xaçmaz rayonunda oğulun atanı qətlə yetirməsi ilə bağlı hadisəyə münasibət bildirib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda zəruri istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə rayonun Niyazobad kəndində qeydə alınıb. Pərvin Nemətov münaqişə zəminində atası Hacıkərimi bıçaqla qətlə yetirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR