Xaçmazda dəmir yolunda konteynerdən oğurluq edilib

saxlanılan şəxs

© APA | saxlanılan şəxs

# 05 iyun 2023 10:18 (UTC +04:00)

Xaçmazda oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları keçirilən əməliyyat-axtarış tədbirləri zamanı ərazidən keçən qatarın tərkibindəki platforma vaqonundan ayrı-ayrı qablarda ümumilikdə 20 ədəd avtomobil yağı və 30 ədəd yağ filtrləri oğurlamaqda şübhəli bilinən rayonun Ləcət kənd sakini Sergey Atamanenko saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR