Xaçmazda "TIR"la minik maşını toqquşub, ölən var - FOTO - VİDEO

Xaçmazda "TIR"la minik maşını toqquşub, ölən var - FOTO  - VİDEO
# 01 iyul 2022 16:16 (UTC +04:00)

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Gəndob-Yalama yolunun Mürşüdoba kəndi ərazisində qeydə alınıb. "TIR"la "VAZ 2107" markalı avtomobilin toqquşması nəticəsində minik maşınında olan 1993-cü il təvəllüdlü Xaçmaz rayon sakini Erkin Bahadırov ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR