Xaçmazda yük maşını piyadanı vuraraq öldürüb

Xaçmazda yük maşını piyadanı vuraraq öldürüb
# 21 may 2022 10:50 (UTC +04:00)

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 21-də saat 2 radələrində Xaçmaz rayonunun Çinartala kəndi ərazisində Bərdə rayon sakini P. Şərifov idarə etdiyi “DAF” markalı yük avtomobili ilə yolu keçən rayon sakini Şəmsəddin Muradovu vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR