Xarici ölkələrdən avtomobil daşıyan yük maşını Goranboyda qəzaya düşüb - FOTO

Xarici ölkələrdən avtomobil daşıyan yük maşını Goranboyda qəzaya düşüb - FOTO
# 27 dekabr 2021 07:05 (UTC +04:00)

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına gör, hadisə gecə saatlarında Bakı-Qazax avtomagistralının Goranboy rayonundan keçən hissəsində, Gorançayın üzərindəki körpüdə qeydə alınıb.

Üzərində 5 minik, 1 yük maşını olan iritonnajlı avtomobilin sürücüsü idarəetməni itirərək əvvəlcə maşını Gorançayın üzərindəki körpünün beton konstruksiyasına, daha sonra isə dəmir arakəsmələrə çırpıb.

Zərbənin gücündən avtomobillərdən biri yük maşından düşərək əzilib, digərləri isə zədələnib.

Sürücüyə hadisə yerində tibbi yardım göstərilib. Yol-nəqliyyat hadisəsi baş verən ərazidə avtomobillərin hərəkətində müəyyən çətinlik yaranıb.

Yol infrastrukturuna da ciddi ziyan dəyib. Hadisənin başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR