Xətai rayonunda avtomobillərdən pul oğurlayan iki nəfər saxlanılıb

Xətai rayonunda avtomobillərdən pul oğurlayan iki nəfər saxlanılıb
# 20 yanvar 2023 18:26 (UTC +04:00)

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xətai rayonu ərazisində avtomobillərdən müxtəlif üsul və vasitələrlə pul oğurlayan iki nəfər saxlanılıb.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumta görə, yanvarın 19-da “Toyota” markalı avtomobildən 15 min manat məbləğində pulun oğurlanması, digər eyni markalı avtomlobildən isə oğurluğa cəhd olunması barədə Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə daxil olan məlumatlar əsasında polis əməkdaşlarının keçirdikləri operativ tədbirlərlə oğurluq əməllərində şübhəli bilinən, əvvəllər də analoji cinayətlərə görə məhkum olunmuş - Rəxşan Məmmədov və Rəşid Məlikov müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı 37-ci Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR