Xətai rayonunda fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB

Xətai rayonunda fərdi yaşayış evində baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
# 13 iyul 2019 00:05 (UTC +04:00)

Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 240 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 3 otağın yanar konstruksiyaları 60 m² sahədə, dəhlizin tavanı 15 m² sahədə və dam örtüyü 65 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

****

20:20


Bakının Xətai rayonunda fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən APA-ya verilən məlumata görə, bu barədə FHN-in "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR