Xətaidə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub

Xətaidə məcburi köçkünlərin məskunlaşdığı binada yanğın olub
# 19 iyul 2022 14:51 (UTC +04:00)

Bakı şəhərinin Xətai rayonunda məcburi köçkünlərin məskunlaşdığı ikimərtəbəli binanın birinci mərtəbəsində otağa bitişik tikilən ümumi sahəsi 15 m² olan artırmanın yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, bina yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR