Xeyli miqdarda qızılın ölkədən çıxarılmasının qarşısı alınıb - FOTO

Xeyli miqdarda qızılın ölkədən çıxarılmasının qarşısı alınıb - FOTO
# 20 aprel 2022 10:20 (UTC +04:00)

Gömrükçülər külli miqdarda qızıl-zinət əşyalarının qanunsuz olaraq gömrük sərhədindən keçirilməsinin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsindən (DGK) APA-ya verilən xəbərə görə, Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda gəmi nəqliyyat vasitəsi ilə Qazaxıstan Respublikasına gedən Azərbaycan Respublikası vətəndaşının müşayiət olunan əl baqajlarına “X-Ray” rentgen qurğusunda baxış keçirilib. Baxış zamanı monitorda şübhəli cizgilər müşahidə olunduğundan əl baqajında yoxlama aparılıb və çantalardan birindəki çoxfunksiyalı radioqəbuledicinin içərisindən yapışqanlı lentlə bir-birinə bərkidilmiş 8 ədəd bükülü aşkar edilib.

Keçirilən gömrük baxışı nəticəsində həmin bükülülərdən gömrük orqanına bəyan olunmayan, gömrük nəzarətindən gizlədilən 172,56 qram qızıl-zinət əşyaları - 13 ədəd üzük və 13 cüt sırğa aşkar olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR