Xırdalan qəbiristanlığında kəsilmiş insan ayağı tapılıb - VİDEO

Xırdalan qəbiristanlığında kəsilmiş insan ayağı tapılıb - VİDEO
# 06 iyul 2022 09:16 (UTC +04:00)

Xırdalan şəhər qəbiristanlığında kəsilmiş insan ayağı tapılıb.

APA xəbər verir ki, ötən gün 17:30 radələrində qəbiristanlığın mollası tərəfindən insan ayağı aşkar edilib.

Dərhal hadisə yerinə hüquq-mühafizə orqanın əməkdaşları cəlb olunub. Hadisə yerinə baxış keçirilib, aşkar olunan ayaq ekspertizaya göndərilib.

Ayağın büküldüyü göy rəngli parçaların tibbi müəssisələrdə istifadə edilən geyim paltarının parçası olması, həmçinin, tənzif aşkarlanması nəticəsində ehtimal edilir ki, ayaq cərrahiyyə yolu ilə kəsilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR