Xırdalanda evdə meyit aşkarlanıb

Xırdalanda evdə meyit aşkarlanıb
# 16 may 2022 17:09 (UTC +04:00)

Abşeronda evdən kişi meyiti tapılıb.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumatda rayonun Xırdalan şəhərində 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması bildirilib. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1974-cü il təvəllüdlü Mustafayev Sabir Bahadur oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR