Xırdalanda küçədə boğazı kəsilmiş kişi meyiti tapılıb

Xırdalanda küçədə boğazı kəsilmiş kişi meyiti tapılıb
# 10 may 2022 10:52 (UTC +04:00)

Abşeronda küçədə meyit tapılıb.

APA xəbər verir ki, Xırdalan şəhərində 47 yaşlı kişinin meyiti boğazı kəsilmiş vəziyyətdə aşkar edilib.

Meyit hadisə yerindən götürülərək aidiyyəti üzrə təhvil verilib. Onun qətlə yetirildiyi deyilir.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, 1975-ci il təvəllüdlü Hüseyn Pərişaninin üzərində xəsarət olan meyitinin Abşeron rayonu ərazisində aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR