Xırdalanda küçədə ölən şəxsin yaxınları axtarılır - FOTO

Xırdalanda küçədə ölən şəxsin yaxınları axtarılır - FOTO
# 18 iyun 2019 18:43 (UTC +04:00)

İyunun 15-də Abşeron rayonu, Xırdalan şəhərində küçədə ürək tutmasından dünyasını dəyişmiş kişinin yaxınları axtarılır.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, küçədə ürək çatışmazlığından dünyasını dəyişən kişinin meyiti iyunun 15-də Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə daxil olub. Onun yaxınları hələ də tapılmayıb.

Fotodakı şəxsi tanıyanlardan Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə məlumat vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR