Xırdalanda restoranda yanğın olub

Xırdalanda restoranda yanğın olub
# 28 noyabr 2022 09:52 (UTC +04:00)

Xırdalanda restoranda yanğın olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 360 m² olan birmərtəbəli restoranın mətbəxinin lambirdən ibarət tavanı 20 m² sahədə və bacasında yağ qalıqları yanıb. Restoranın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Aysel Şahmar

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR