Xırdalanda saxta pul hazırlayan şəxs tutulub

Xırdalanda saxta pul hazırlayan şəxs tutulub
# 14 noyabr 2022 12:58 (UTC +04:00)

Xırdalan şəhərində saxta əskinas hazırlayan şəxs saxlanılıb.

DİN-dən APA-ya verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Xırdalan şəhərində yaşayan Qleb Kulikinin yaşadığı evə baxış zamanı oradan saxta pul hazırlamaq məqsədilə istifadə etdiyi 3 ədəd printer və 25 ədəd 20 manatlıq saxta əskinas aşkar olunaraq götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 204-cü (Saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR